AZ   |   RU
"ABŞ-nin "Zəngəzur dəhlizi"ni idarə etmək niyyətindən xəbərimiz yoxdur" - Ərdoğanın administrasiyasından reaksiya


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın administrasiyası ABŞ-nin "Zəngəzur dəhlizi"ni  idarə etmək niyyəti ilə bağlı iddialardan  xəbərsiz olduqlarını açıqlayıb.


Missiya.Az xəbər verir ki, bu barədə " Ria Novosti" məlumat yayıb.


Bir müddət əvvəl ABŞ-ın Türkiyədəki səfiri Tomas Barak bildirib ki, ABŞ Bakı ilə İrəvan arasında danışıqları irəlilətmək məqsədilə İran sərhədi yaxınlığında nəqliyyat dəhlizini idarə etməyə hazırdır.


“Bizim bundan xəbərimiz yoxdur, ona görə də heç nə şərh edə bilmərik”, – RİA Novosti-yə Ərdoğan administrasiyasından bildiriblər.


Elcan

Missiya.Az




  • Bu gün, 06:13