b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_trtgfrgghhg.jpg

Unudulmaz heç zaman...

Müqəddəsdir,əzizdir,

Arzu qədər təmizdir,

Alovlu qəlbimizdir,

Tələbəlik illəri...

İnsan həyatında elə anlar,illər var ki,onlara vida etmək  çox çətin olur-tələbəlik illəri kimi.Gəncliyimizin ən qaynar çağlarını,həyatımızın ən mənalı illərini –tələbəlik həyatını yaşamaq necə xoşdursa,ona əlvida demək,ayrılmaq bir o qədər ağır olub həmişə.Elə bu günkü məzunlar da eyni hissləri yaşayır.Bütün çöhrələrdə sevinc qarışıq kövrəklik,nigarançılıq hiss olunur.Tələbələr kimi müəllimlər də kövrək görünür.İllərdir öyrəşdikləri, isnişdikləri tələbələrdən ayrılmaq onlara da asan deyil.Bu kövrəkliyə dövlət himnimizin səslənməsi  son qoydu.Tələbəli-müəllimli  hamının  dövlət himnimizi  canlı ifa etməsi möhtəşəm idi!

Məzunlara ilk təbrik  universitetin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimovdan gəldi.Lənkəran Dövlət Universitetinin təhsil uğurlarından,son illərdə təhsilin maddi-texniki bazasının  yenilənməsi,dünya standartlarına uyğunlaşdırılması istiqamətində  görülən çoxşaxəli işlərdən ürəklə söz açan universitet rəsmisi əmin olduğunu bildirdi ki,bu gün müstəqil həyata mütəxəssis kimi vəsiqə alan 616 məzun LDU-nun adını hər yerdə uca tutacaq, onlara bəslənilən etimadı doğruldacaqlar.Professor Natiq İbrahimov təhsilin keyfiyyətinin artırılması,məzunların mütəxəssis kimi  səviyyəsinin yüksəldilməsi,hazırlanan kadrların müasir tələbatlara cavab verməsi istiqamətində  başlanan kompleks işlərin bundan sonra da davam etdiriləcəyini dedi.

Lənkəran Şəhər İcra Hakimiyyətinin məsul işçisi  Asif İmanov,rayon Ağsaqqallar Şurasının Sədr müavini,LDU İctimai şurasının sədri Sərhad Məmmədov,valideyn Mahir Qurbanov,magistr Emil Ağabəşirov,bakalavr Təhmasib Rəhimov çıxışlarında məzunlara xoş arzularını çatdırdılar,gələcək həyat yollarında uğurlar arzuladılar.

Təhsili uğurla başa vuranlar da mükafatsız qalmadı.LDU-nu fərqlənmə diplomu ilə bitirən bakalavr və magistrlərə diplomlar təntənəli şəkildə təqdim edildi.Tələbəlik dövründə ictimai fəallığı ilə seçilən məzunların bir qrupuna diplom və fəxri-fərmanları universitet rəsmisi fəxri qonaqlarla birgə təqdim etdi.

Məzun günü  tələbələrin hazırladıqları konsert proqramı ilə yekunlaşdı.Tələbəliyin son gününün dadını çıxaran məzunlar hər şeyi unudub  doyunca oxuyub oynadılar,ürək sözlərini dedilər. “Unudulmaz heç zaman,tələbəlik illəri”mahnısının sədaları altında “yallı” getdilər.Yolunuz açıq olsun,əziz məzunlar!

b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_65600811_377154129820976_6684475795693371392_n.jpgb_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_65439353_447816682725020_3806943188791328768_n.jpgb_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_65294570_317802435839412_9187606993777459200_n.jpgb_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_65253509_344171636265835_3113711823421964288_n.jpgb_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_65149752_415340235860137_4625115122736562176_n.jpgb_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_65003290_3424360134256726_6060856525818167296_n.jpg

 

19 Sentyabr 2019 Zəhərlənməyə görə Bakıdakı məşhur dönərxana bağlandı - Araşdırma başladı
16 Sentyabr 2019 AZTV və "Mədəniyyət TV"nin loqosu, "İdman Azərbaycan"ın adı dəyişib
12 Sentyabr 2019 Sabahın hava proqnozu açıqlanıb
11 Sentyabr 2019 Baş nazir polis və hərbçilərin maaşları ilə bağlı qərar imzaladı
10 Sentyabr 2019 Şirvan el məzarlığında şəhidlərin xatirə guşəsi yaradıldı - FOTOLAR
07 Sentyabr 2019 Təhsil nazirindən yeni - TƏYİNAT
06 Sentyabr 2019 Putin indiyə qədər gördüyü ən gözəl yerdən danışıb
06 Sentyabr 2019 İşsizlərə ŞAD XƏBƏR - Yeni iş yerləri var
06 Sentyabr 2019 Telman İsmayılov villasında belə istirahət edir - FOTO
31 Avqust 2019 Rəsmi Bakıdan İslamabadın dəstək istəyinə reaksiya
30 Avqust 2019 Sürücü ilə kobud davranan yol polisi işdən çıxarıldı
29 Avqust 2019 Xanım müğənnimiz Türkiyədə 1 milyona villa alır
29 Avqust 2019 Azərbaycanda bu dövlət idarələri LƏĞV EDİLİR
26 Avqust 2019 Fədaya Laçından bəd xəbər
20 Avqust 2019 Deputatın oğlunun həbsinin pərdəarxası - İlginc faktlar
10 Avqust 2019 Sabah yağış yağacaq, güclü külək əsəcək
09 Avqust 2019 Ali məktəblərdə 5785 plan yeri boş qalıb
09 Avqust 2019 Şəki Xan Sarayına giriş bərpa olunub
31 İyul 2019 Qəzaya uğramış MİQ-29 təyyarəsi haqda YENİ XƏBƏR
29 İyul 2019 Xəzərə düşən MİQ-29 barədə YENİ XƏBƏR