Kəlbəcərin boşaldılması üçün Ermənistana verilmiş əlavə vaxt sabah başa çatır. Ermənistan işğal altında saxladığı Kəlbəcər rayonunu noyabrın 25-də Azərbaycana təhvil verməlidir.
Missiya.Az xəbər verir ki, erməni mənbələrinin yaydığı məlumata görə, sonuncu erməni ailəsi də Kəlbəcəri tərk edib.
Britaniyalı jurnalist Bert Lankaster erməni ailəsinin köç prosesini lentə alıb. Kadrlardan görünür ki, ermənilər nəinki məişət əşyalarını, hətta dünyasını dəyişmiş doğmalarının qəbir daşlarını da özləri ilə aparırlar.