AZ   |   RU
Rusiya 1000 həlak olmuş əsgərin cəsədini Ukraynaya qaytarıb

“Rusiya 1000 həlak olmuş ukraynalı əsgərin cəsədini Ukraynaya qaytarıb”.


Missiya.Az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski özünün “Teleqram” kanalında məlumat verib.


"İstanbulda əldə olunan razılaşmalar çərçivəsində Ukrayna silahlı qüvvələrinin 1000 əsgərinin cəsədi bu gün Kiyevə  təhvil verilib. Şəhid olan 19 əsgərimizin cəsədini qəbul etdik. Onlar öz doğma torpaqlarında dəfn olunacaq", - deyə siyasətçi vurğulayıb.


Xatırladaq ki, iyunun əvvəlində o, Rusiyanın 6 min ukraynalı əsgər və zabitinin meyitini kiyevə təhvil verəcəyini açıqlayıb.



Daşqın Həsənov
Missiya.Az



  • Bu gün, 14:21