b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_1600839847_vahid-ehmedov.jpg

"Bəzi məmurların hərbi səfərbərlikdə iştirak etməmək üçün övladlarını xaricə göndərməsi barədə məlumatlar yayılır. Hesab edirəm ki, Azərbaycanın hüquq-mühafizə orqanları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bu məsələni ciddi araşdırmalıdır. Əgər belə hallar varsa, onlar aşkar edilib ortaya çıxarılmalıdır və həmin məmurların adları açıqlanmalıdır".

Missiya.Az xəbər verir ki, bu fikirləri “demokrat.az”a açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov bildirib.

Deputat deyib ki, hərbi səfərbərlikdən kimsə boyun qaçıra bilməz.

Onun sözlərinə görə, kimliyindən asılı olmayaraq hər kəs kimi məmur övladları da Vətən qarşısında borcunu yerinə yetirməlidir:

"Burada heç bir ayrı-seçkilik ola bilməz".

"Pikap" tipli avtomobillərin YPX postlarında saxlanılması barədə xəbərlərə də toxunan Vahid Əhmədov qeyd edib ki, həmin avtomobillərin qeydiyyata salınması tam qanuni addımdır:

"Bu barədə qanunda da qeyd olunub. Hələlik Müdafiə Nazirliyinin bu tip avtomobillərə ehtiyacı olduğu üçün onları saxlayırlar. Digər avtomobillərə ehtiyac yaranarsa, onlar da saxlanılacaq. Hətta, ehtiyac olsa, məmur övladlarının sürdüyü bahalı "cip"lər də toplanılacaq".


22 Oktyabr 2020 Füzuli və Cəbrayılın daha bir neçə kəndi işğaldan azad edilib
22 Oktyabr 2020 İsrailin Azərbaycandakı səfiri Gəncədə - FOTO
22 Oktyabr 2020 Bu gün düşmənin 40 əsgəri məhv edilib - ETİRAF
22 Oktyabr 2020 Qarabağda gedən son döyüşlərin analitik xülasəsi - VİDEO
22 Oktyabr 2020 Prezident internetə qoyulan məhdudiyyətdən danışdı
22 Oktyabr 2020 Azərbaycanı müharibəyə məcbur edən amillər: İlham Əliyev dünyanı xəbərdar etmişdi
22 Oktyabr 2020 “Bombalar yağır, geri çəkilməyə icazə ver” - Poqosyanın Paşinyana zəngindən
22 Oktyabr 2020 Ön cəbhəyə yollanan bütün hərbçilər COVID-19 testindən keçirilir - AÇIQLAMA
22 Oktyabr 2020 İki saatdan çox taxılan maskalar infeksiya mənbəyi ola bilər - AÇIQLAMA
22 Oktyabr 2020 Qrip əleyhinə peyvəndlərin pulsuz vurulacağı qruplar açıqlandı - SİYAHI
22 Oktyabr 2020 Ermənistan Oğuz-Qəbələ-Bakı su kəmərini hədəfə alıb: Yaralı var - FOTO
22 Oktyabr 2020 İlham Əliyev: “Biz erməni faşizminin belini qırmaqla bölgəmizi böyük bəladan xilas etmiş oluruq”
22 Oktyabr 2020 Ermənistana məxsus zenit-raket kompleksinin vurulma anı - VİDEO
22 Oktyabr 2020 Hikmət Hacıyev ermənilərin 3 rayonu atəşə tutmasından yazdı
22 Oktyabr 2020 İlham Əliyev Türkiyənin Baş Ombudsmanını qəbul edib
22 Oktyabr 2020 Azərbaycanda PUA-ya “İti qovan” adı verildi - FOTO
22 Oktyabr 2020 Ermənilər bu dəfə Qəbələ, Siyəzən və Kürdəmiri raket atəşinə tutdu
22 Oktyabr 2020 Düşmən Füzulini atəşə tutur - RƏSMİ
22 Oktyabr 2020 Ermənistan ordusu vacib yüksəklik və bir sıra mövqelərdən geri çəkildi - RƏSMİ
21 Oktyabr 2020 Emin Hüseynov: "Şuşada Vaqifin məqbərəsindən oğurlanan çəhrayı mərmərləri harada istifadə ediblər?"