b_550_325_16777215_00_images_xeber_sekilleri_22iyun2020_15940359672144350151_1000x669.jpg
"Bütün qaydalar insanların, o cümlədən karantin rejimini pozanların sağlamlığının qorunmasına hesablanıb. Amma biz görürük ki, insanlar bu rejimi nümayişkaranə pozurlar. Dünən məşhur bir oteldə baş verən o biabırçı hadisə dözülməzdir. Ona görə, əlbəttə, Azərbaycan polisi düz edərək müdaxilə edib. Polis orqanlarına mənim tərəfimdən çox ciddi göstəriş verilibdir ki, bütün pozuntulara adekvat reaksiya verilməlidir. Heç kim qanundan üstün deyil - istər yerli, istər xarici şirkət, istər yerli vətəndaş, istər xarici vətəndaş olsun, fərq etmir, biz xalqımızı qorumalıyıq, biz xalqımızın sağlamlığını qorumalıyıq. Eyni zamanda, mövcud qanunlar və karantin rejimi ilə bağlı tətbiq edilən qaydalar hər kəs üçün əsas olmalıdır. Ona görə biz bundan sonra da bu istiqamətdə addımlarımızı atacağıq. Əgər o qaydaları pozan insanlar daha məsuliyyətli olarlarsa və nizam-intizama riayət edərlərsə, hesab edirəm ki, biz pandemiyanı nəzarətdə saxlaya biləcəyik”.

Missiya.Az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində deyib.

"Eyni zamanda, mövcud qanunlar və karantin rejimi ilə bağlı tətbiq edilən qaydalar hər kəs üçün əsas olmalıdır. Ona görə biz bundan sonra da bu istiqamətdə addımlarımızı atacağıq. Əgər o qaydaları pozan insanlar daha məsuliyyətli olarlarsa və nizam-intizama riayət edərlərsə, hesab edirəm ki, biz pandemiyanı nəzarətdə saxlaya biləcəyik”.

Prezident bildirib ki, bir müddət bundan əvvəl yoluxanların sürətlə artan sayı indi sabitləşib:

“Biz pandemiya dövründə adətən karantin rejimini bir, ya iki həftə ərzində elan edirdik. Vəziyyəti təhlil edərkən, nəzarət mexanizmlərini gücləndirərkən baxırdıq ki, bu sərtləşdirilmiş tədbirlər nəyə gətirib çıxarır. Deyə bilərəm ki, bir müddət bundan əvvəl yoluxanların sürətlə artan sayı indi sabitləşib. Son bir neçə gün ərzində, dediyim kimi, artıq 500 ətrafında yeni yoluxan insan var. Ancaq biz hələ müsbət dinamikaya çıxmamışıq. Bu günə qədər xəstələnənlərin sayı sağalanların sayından çoxdur və bu mənfi dinamika, qeyd etdiyim kimi, bizim səhiyyə sistemimizə də əlavə yükdür. Ona görə indiki rejim nə qədər davam edəcək və bu rejim daha da sərtləşəcək, yoxsa yumşalacaq, yaxın gələcəkdə biz bunu görəcəyik”.


14 Avqust 2020 Ermənilərin Gəncəni vuracağı hədələri ilə bağlı nazirlikdən SƏRT REAKSİYA
14 Avqust 2020 Paşinyan BBC-də biabır oldu - Video
14 Avqust 2020 Azərbaycanda “Wi-Fi” şəbəkələrində yaranan problemlərin səbəbi açıqlanıb
14 Avqust 2020 Sabahdan temperatur aşağı düşür
14 Avqust 2020 Prezidentin diplomatlarla bağlı son çıxışı - “Dövlətə xəyanət və satqınlıq ediblər” - VİDEO
13 Avqust 2020 DTX-nin saxladığı Eldar Həsənov kimdir? - DOSYE
13 Avqust 2020 Azərbaycanla Türkiyə arasında viza sazişi qüvvəyə mindi
12 Avqust 2020 “WhatsApp”da yeni funksiya tətbiq olunacaq
12 Avqust 2020 Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT
12 Avqust 2020 Türkiyənin müdafiə naziri və Baş qərargah rəisi Azərbaycana gəlir
12 Avqust 2020 MİDA-nın keçirdiyi satışlarda mənzil alanların sayı artıb
12 Avqust 2020 Koronavirus peyvəndi ilə bağlı şad xəbər: Daha bir ölkə istehsala başladı
11 Avqust 2020 Çimərliklərlə bağlı vətəndaşlara XƏBƏRDARLIQ - FOTO
10 Avqust 2020 "Qarabağ" dayaq blokunun əhəmiyyəti nədir? - Prezidentin uzaqgörən neft strategiyası
10 Avqust 2020 Azərbaycanın xeyirinə dəyişən geosiyasi vəziyyət: Qafqazda Rusiya Türkiyə savaşı ola bilərmi?
10 Avqust 2020 İlham Əliyev Aleksandr Lukaşenkoya zəng etdi
10 Avqust 2020 Azərbaycanda daha bir general-leytenant vəfat etdi - FOTO
09 Avqust 2020 Bakıda polis onu bıçaqlayan oğruya atəş açdı
08 Avqust 2020 Dünən dənizdə boğulan hamilə qadını əri öldürübmüş... - RƏSMİ
08 Avqust 2020 TƏBİB rəsmisindən karantinlə bağlı sevindirən açıqlama