b_550_325_16777215_00_images_xeber_sekilleri_15may2020_ramil.jpg

Bu gün Azərbaycanın milli bayramı-Respublika Günü qeyd olunur. 102 il əvvəl Şərqdə ilk demokratik respublika qurulub.

Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurulması 28 may 1918-ci ildə Tiflis şəhərində Qafqaz canişininin binasında Məhəmməd Əmin Rəsulzadənin sədri olduğu Azərbaycan Milli Şurası tərəfindən bəyan edilib.

Uzun bir dövr Azərbaycan Rusiyanın müstəmləkəsi olub. Ancaq Azərbaycan xalqı həmişə azadlığa, müstəqilliyə qovuşmaq üçün mübarizələr aparıb.

XX əsr tarixə yalnız elm, texnika əsri kimi yox, həm də milli oyanış, xalqların müstəmləkəçilikdən azad olmaları və milli dövlətlərin yaranması əsri kimi də daxil olub.

1917-ci ildə Rusiyada baş vermiş inqilab nəticəsində Romanovlar sülaləsinə son qoyuldu. Nəticədə Rus İmperiyası dağıldı. Xalqlar öz müqəddəratlarını özləri həll etməli oldular. Bu imkandan istifadə edərək 1918-ci il mayın 28-də Azərbaycanın milli qayəli, milli təfəkkürlü övladları Azərbaycan Demokratik Cümhuriyyətini elan etdilər.

ADR təkcə Azərbaycanda deyil, bütün Şərqdə ilk demokratik respublika idi. Bu Respublika parlamentli dövlət idi. Onun dövlət atributları - bayrağı, himni, gerbi qəbul edildi. Üç rəngli bayrağında türkçülük, islamçılıq və avropalaşmaq bir vəhdətdə idi. Ancaq ADC cəmi 23 ay yaşaya bildi. 1920-ci il aprelin 28-də bolşeviklərin 11-ci ordusu Azərbaycanı işğal etdilər və Respublika süqut etdi.

Respublika Günü - dövlət müstəqilliyinin bərpası günü - 1990-cı ildən dövlət bayramı kimi qeyd olunur. Əmək Məcəlləsinə görə, 28 may qeyri-iş günü elan edilib.



07 İyul 2020 "Azərbaycan Bayrağı" ordenli polis koronavirusdan ölüb
07 İyul 2020 Növbəti dəfə 190 manatın verilməsinə başlanıldı
07 İyul 2020 Səhiyyə Nazirliyi evlərə bu dərmanları çatdırır - AÇIQLAMA
07 İyul 2020 Virusun yaratdığı iqtisadi gərginlik və Prezidentin verdiyi mühüm mesajlar – Azərbaycan vəziyyətdən necə çıxacaq?
07 İyul 2020 Cənub küləyi əsəcək, temperatur 39 dərəcəyə yüksələcək
06 İyul 2020 "Polis orqanlarına tərəfimdən çox ciddi göstəriş verilib..." - Prezident
06 İyul 2020 Yevlaxda qanunsuz fəaliyyət göstərən çayxana aşkarlandı
06 İyul 2020 "Xəstəxanalarda yer yoxdur, insanlarımızın səsi əyləncələrdən gəlir" - Professordan HƏYƏCAN TƏBİLİ
06 İyul 2020 Azərbaycanda iki polis zabiti koronavirusdan vəfat etdi
04 İyul 2020 Yasamalın İcra başçısı rayonda reyd keçirdi - FOTOLAR
04 İyul 2020 Bəhram Bağırzadənin ağciyər və bədəninin reabilitasiyasına başlanıldı
03 İyul 2020 Bakı yenə rayonlara axın edir - FOTO/VİDEO
03 İyul 2020 Bu gün ləğv olunan İstanbul-Bakı-İstanbul uçuşları bərpa edildi
03 İyul 2020 Koronavirusdan müalicə alan baş redaktor evə buraxıldı
03 İyul 2020 Azərbaycanda daha 583 nəfər koronavirusa yoluxdu - 7 nəfər öldü
03 İyul 2020 Rövşən Lənkəranskinin öldürülən adamının ŞOK FOTOLARI (+18)
03 İyul 2020 Vilayət Eyvazovdan yeni təyinat
03 İyul 2020 Sabahın hava proqnozu açıqlandı
03 İyul 2020 "Özünü qoru, millət... qırıla-qırıla gedirsən axı..." - Dəhşətli statistika
03 İyul 2020 Daha bir ölkədə karantin yenidən sərtləşdirildi