b_550_325_16777215_00_images_xeber_sekilleri_15may2020_fggffgdfgddg.jpg

Prezident İlham Əliyevin təşəbbüsü və tapşırığı ilə icra olunan ödənişli ictimai işlər proqramı sosial müdafiəyə ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluğuna dəstək verilməsində mühüm rola malikdir. Proqramın icrasında şəffaflığın və güclü nəzarətin təmin olunması barədə dövlət başçısının göstərişinə uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müvafiq tədbirlər görülür.

Bu barədə Missiya.Az-a nazirlikdən məlumat verilib.

Nazirliyin tabeliyindəki “DOST İş Mərkəzi” işsiz və işaxtaran şəxslərin ictimai işlərə qəbulu, əmək haqlarının ödənişi, yerlərdə ictimai işlərin təşkili ilə bağlı vəziyyətin qiymətləndirilməsi məqsədilə monitorinqləri davam etdirir.

Rayon (şəhər) icra hakimiyyətləri tərəfindən təqdim edilmiş işsiz şəxslərin siyahıları əsasında həmin şəxslər ictimai işlərə (abadlaşdırma, yaşıllaşdırma, təmizlik, ictimai yerlərə qulluq, hazırkı dövrdə dezinfeksiya və s.) cəlb olunur, onlarla “DOST İş Mərkəzi” arasında əmək müqaviləsi bağlanır. Hər bir işçi üçün əməkhaqqı kartı sifariş olunur və kartı yalnız şəxs şəxsiyyət vəsiqəsini təqdim etməklə bankdan götürür.

İcra hakimiyyətləri, onların tabeliyindəki icraçı qurumlarla (kommunal təsərrüfat idarə və birlikləri) “DOST İş Mərkəzi” arasında bağlanmış Sazişə əsasən, işçilərin nizam-intizamına və gündəlik fəaliyyətinə icraçı qurumlar birbaşa cavabdehlik daşıyır. Hər ayın sonu onların təqdim etdiyi davamiyyət cədvəllərinə əsasən ictimai işçilərin əməkhaqqları onların kartlarına köçürülür.

Ötən il “DOST İş Mərkəzi” tərəfindən 25 faizi Bakıda, qalanları bölgələrdə olmaqla 38 min haqqı ödənilən ictimai iş yeri yaradılıb. Həyata keçirilmiş monitorinq, nəzarət və digər tədbirlər nəticəsində 38 min ictimai iş yerindən əlavə 9 min şəxsin də məşğulluğu təmin olunub, bununla yanaşı 25,7 mln. manat büdcə vəsaitinə qənaət edilib.

2020-ci ildə isə pandemiya ilə əlaqədar məşğulluğa dəstək məqsədilə Prezident İlham Əliyevin tapşırığına əsasən, bu iş yerlərinin sayının 90 minə çatdırılması işləri aparılır. Artıq 61 mindən çox belə iş yeri yaradılıb.

“DOST İş Mərkəzi” tərəfindən ictimai iş yerlərində keçirilən monitorinqlər zamanı ötən il 5 mindən çox, bu il isə 1100-dən çox ictimai işçinin iş yerində olmadığı aşkar edilib. Onların ümumiyyətlə işə çıxmadıqları barədə şübhələr yarandığı üçün müəyyən olunan faktlar rəsmiləşdirilərək aidiyyəti üzrə təqdim edilib.

Nazirliyin digər fəaliyyət sahələri üzrə olduğu kimi, ödənişli ictimai işlərin təşkili ilə bağlı da ictimai aşkarlığın və bu sahədə ictimai nəzarətin təmin olunması üçün ictimai işçilərin şəhər və rayonlar üzrə adlı siyahıları qurumun rəsmi internet səhifəsində açıqlanıb və mütəmadi yenilənir.


25 Oktyabr 2020 Kəlbəcər rayonunun da bir hissəsi işğaldan azad edilib - Prezident açıqladı
24 Oktyabr 2020 Düşmənin bir neçə dayaq məntəqəsi dağıdıldı: Ordumuz vacib yüksəklikləri azad etdi - RƏSMİ
23 Oktyabr 2020 Xocavəndin 2, Cəbrayılın 5, Zəngilanın 2 kəndi işğaldan azad olunub
23 Oktyabr 2020 Qubadlının 4 kəndi işğaldan azad edilib
23 Oktyabr 2020 Düşmənin canlı qüvvəsi və zirehli texnikası məhv edildi - VİDEO
23 Oktyabr 2020 Milli Birliyimizi pozmaq cəhdi: Paşinyanı qorumaq tapşırığı alanların hiyləgər planları baş tutmayacaq
23 Oktyabr 2020 MN: Azərbaycan Ordusu mülki əhalini və infrastrukturu atəşə tutmur
23 Oktyabr 2020 Əli Əhmədov Dmitri Medvedyevə məktub ünvanlayıb
23 Oktyabr 2020 Pompeonun Ceyhun Bayramovla görüşünün vaxtı açıqlandı
23 Oktyabr 2020 “İti qovan” PUA-lar hansı üstünlüklərə malikdir? - VİDEO
23 Oktyabr 2020 Ermənistan ordusunda növbəti biabırçılıq - VİDEO
23 Oktyabr 2020 Füzuli, Cəbrayıl və Qubadlıda vacib ərazi və yüksəkliklər ələ keçirilib - RƏSMİ
22 Oktyabr 2020 Mehriban Əliyeva: "Xalq öz Prezidentinə inanır və əmindir ki, Prezident nəyi necə, nə vaxt etmək lazım olduğunu bilir"
22 Oktyabr 2020 Ali Baş Komandan: “Azərbaycan və İran dövlət sərhədi tam nəzarətə götürüldü”
22 Oktyabr 2020 Zəngilanın bir qəsəbəsi və 13 kəndi işğaldan azad edilib
22 Oktyabr 2020 Füzuli və Cəbrayılın daha bir neçə kəndi işğaldan azad edilib
22 Oktyabr 2020 İsrailin Azərbaycandakı səfiri Gəncədə - FOTO
22 Oktyabr 2020 Bu gün düşmənin 40 əsgəri məhv edilib - ETİRAF
22 Oktyabr 2020 Qarabağda gedən son döyüşlərin analitik xülasəsi - VİDEO
22 Oktyabr 2020 Prezident internetə qoyulan məhdudiyyətdən danışdı