b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_55656566566565.jpg

Kütləvi məzarlıqlar, can verən insanlar, küçələrə çıxmağa qorxan əhali, terror aktları, silahlı münaqişələr...

Biz, ötən 20 il ərzində bu ifadələri yalnız Suriya, İraq və digər bu kimi ölkələrdə baş verən hadisələrin fonunda hər gün eşidirdik.

Əlbəttə ki, biz xoşbəxt xalqıq. Çünki dövlətimizin apardığı düşünülmüş siyasət nəticəsində dünyanın qan ağladığı ötən 20 ildə, Azərbaycanda sabitlik və inkişaf hökm sürürdü. Bu sabitliyin kökündə həm də xalq-iqtidar birliyi dayanırdı. Bu gün də həmrəyliyə, birliyə çox ehtiyacımız var. 

Məlumdur ki, yer kürəsi 2020-ci ilin başlanğıcından yeni mərhələyə qədəm qoyub və keçən 20 il ərzində istifadə olunan ifadələrin demək olar ki, hamısı gözəgörünməz koronavirus bəlası ilə bizim də həyatımıza daxil olub.

Yenə kütləvi məzarlıqlar, qorxu, həyəcan, ölüm..

b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_1585332496_ap_20061587393230-1_1585338000.jpg

Hazırda dövlətimiz bizi qorumaq üçün var gücü ilə ötən 20 il ərzində göstərdiyi səylərdən daha artığını ortaya qoyur. Amma bəzi vətəndaşlarımız dövlətin apardığı mübarizəyə layqeyd yanaşır, həm özünü, həm də ailəsini ölümlə üz-üzə qoyduğunu anlamır. Belə məsuliyyətsiz davranışlar isə heç şübhəsiz ki, kütləvi məzarlıqlara, kütləvi qırğınlara aparır...

Azərbaycan qorxunc ssenariyə doğru gedir. İnsanların məsuliyyətsizliyi, baş verənləri görməzdən gəlməsi bizi məcbur edir ki, hər şeyi açıq danışaq, hər şeyi öz adı ilə çağıraq. Olduqca təhlükəli vəziyyət yaranıb, ölkəmiz, xalqımız üçün...

Dünyada koronavirusla bağlı baş verənlər də vəziyyətin nə qədər ciddi olduğunu göstərir. Bu gün səhərə olan məlumata görə, dünyada koronavirusa (COVİD-19) yoluxanların sayı 786 min 228 nəfərdir. Dəhşətli virusdan ölənləri sayı isə 37 min 820 nəfərdir. 

Dünyanın super gücü olan ABŞ-ın, inkişaf etmiş Avropa ölkələrinin səhiyyəsi bu virusa görə iflic vəziyyətə düşüb. Dünyanı sarmış korona bəlasının qarşısında hamı acizdir. Xarici ólkələrdəki kütləvi məzarlıqlardan çəkilən görüntülərdən hər bir vətəndaşımız nəticə çıxarmalıdır. Dərk etməliyik ki, üzücü və ürəkağridan görüntülər bizdə də yarana bilər. 

Əgər əhali məsuliyyətsiz davransa və qaydalara riayət etməsə, ölkəmizdə koronavirus İran, İspaniya və İtaliyada olduğu qədər yayılacaq, can alacaq, əzizlərimiz, ata-analarımız öləcək. Kütləvi məzarlıqlar bizdə də olacaq. Nəhayət anlamalıyıq: 

Hamımız ölümlə üz-üzəyik!

b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_2020-03-25-14-43-21TObNtDo6JfsoazyyN51x_file.jpg

“Əşi mən virusdan qorxmuram!” deyənlər dərk etməlidir ki, “qorxmadıqları” virus bütün dünya dövlətlərini, kralları, prezidentləri, milyonçuları əsir alıb. Heç kim bu təhlükədən sığortalanmayıb!

Dövlət vətəndaşa “İşin dayanıb? Kompensasiya veriləcək, evdən çölə çıxma” deyir. Amma vətəndaş sanki daşdır! Eşitmir! Təhlükəni dərk etmir! Dövlət parkları bağlayır, vətəndaş parkı bağlayan maneələrdən içəri daxil olur, kütləvilik yaradır. Bəziləri sanki ata-anasının, doğmalarının ağrılar içində, nəfəs döyə-döyə ölməsindən zövq almaq istəyir...

Ölkəmizə real təhlükə mərhələsinə qədəm qoyub - yoluxanların, ölənlərin sayı sürətlə artır. Bizim indi ancaq bir yolumuz var: Tələblərə əməl etmək! Əks təqdirdə aqibətimiz faciəvi olacaq!

Missiya.Az


31 May 2020 "Sosial şəbəkələrdə xaosun qarşısı alınmalıdır" - Ramin Əhmədov
31 May 2020 Azərbaycanda daha bir vəzifəli şəxs saxlanıldı
31 May 2020 “Palmali Holding" müflis elan edilib
31 May 2020 Milli Məclisdən 190 manatla bağlı - YENİ TƏKLİF
31 May 2020 Ayıya görə nazirlik Şəkiyə mütəxəssislər göndərdi
31 May 2020 Sosial şəbəkələrlə bağlı yeni dövr - Ölkələr söyüş və terror qruplarına müharibə elan edir
28 May 2020 Azərbaycanda Respublika Günü qeyd edilir
27 May 2020 Bakı metrosunda karantin qaydaları niyə pozulur? - RƏSMİ AÇIQLAMA
24 May 2020 “Şuşadakı “inaqurasiya” oyunu ermənilərin diqqətini böhrandan yayındırmaq və danışıqları pozmaq cəhdidir” – Deputat Aqil Məmmədov
24 May 2020 Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi - FOTO
23 May 2020 Rüstəm Usubova ağır itki
23 May 2020 Bayram namazı ilə bağlı QMİ-dən AÇIQLAMA
23 May 2020 SON DƏQİQƏ! "Alov Qüllələri"nin ətrafındakı meşəlik yanır - VİDEO
22 May 2020 Prezident xalqı təbrik etdi
22 May 2020 İlham Əliyevdən yeni SƏRƏNCAM
21 May 2020 ATV-nin koronavirusa yoluxan əməkdaşları danışdı - VİDEO
20 May 2020 Azərbaycanlı zabit koronavirusdan dünyasını dəyişdi
20 May 2020 Ramazan bayramında rayonlara gediş-gəliş açılacaq? - RƏSMİ CAVAB
19 May 2020 Prezidentdən əhaliyə koronavirusla bağlı ÇAĞIRIŞ
19 May 2020 Prezidentdən yeni təyinat – SƏRƏNCAM