b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_1573030415_1573029130_azer.jpg
Azər Qasımlı ReAL Partiyasından istefa verib.
 
Missiya.Az xəbər verir ki, o, bu barədə qərarını bu gün baş tutan mətbuat konfransında deyib.
 
Bildirib ki, istefasına səbəb İlqar Məmmədovun təklif etdiyi yeni təkliflər paketidir:
 
"Belə bir vəziyyətdə mən bu partiyada qala bilmərəm. Mən özümü bu partiyada, strukturda görmürəm və getmək qərarına gəlmişəm. Siyasi mövqeyimi dəyişməmişəm və indiki mərhələdə partiya yaratmaq kimi bir fikrim yoxdur.
 
İlqar Məmmədovun təklif etdiyi layihə bizim qurduğumuz təşkilatı məhv edəcək. Kommunist partiyasına çevirəcək. İdarə heyətini heç kim təftiş edə bilməyəcək. Ən önəmli məqamlardan biri odur ki, məclisin olmaması o deməkdir ki, idarə heyətini məsuliyyətə cəlb edəcək, ondan hesabat tələb edəcək hansısa qurum olmayacaq. Siz təsəvvür edin ki, hazırda ölkəmizdə fəaliyyət göstərən, hətta 1990-cı illərdə yaradılan siyasi partiyaların strukturunda belə bu cür biabırçı vəziyyət yoxdur. 
 
Üzvlərlə idarə heyəti arasında kommunukasiya qalmayacaq. Biz bunları qəbul edə bilməzdik. İdarə heyətinin iclasında mən öz qəti fikrimi bildirdim və belə struktura gediləcəksə, özümü burada görmədiyimi dedim. 
 
Nizamnamədə dəyişikliklər olacaqsa, bu, qurultayda olmalıdır. İlqar Məmmədov öz yeni layihəsində bununla bağlı bir söz deməsə də, şəxsi fikrim belədir ki, belə bir əcaib və avtoritar layihə təklif edən şəxs irəlidə məhz nizamnamənin də idarə heyətində dəyişə biləcəyini təklif edəcək".
 
Qeyd edək ki, A. Qasımlı ReAl Partiyası Məclisinin başqanı idi.

qafqazinfo
21 Noyabr 2019 Mehriban Əliyeva Dmitri Medvedevlə görüşüb
21 Noyabr 2019 “Yenə də meydanlarda sülənir, guya heç kim bilmir, bunun keçmişi nədir” – İlham Əliyev
21 Noyabr 2019 “Azərbaycan hakimiyyəti o günə qalmayıb ki, Atanı o tədbirə göndərsin” - Əli Həsənov
21 Noyabr 2019 Mehriban Əliyeva Moskvada naməlum əsgərin məzarını ziyarət edib - FOTO
21 Noyabr 2019 “Mehriban Əliyevanın Rusiyaya səfəri iki ölkə arasında əlaqələrin dinamik inkişafına xidmət edir” - Ramin Əhmədov
21 Noyabr 2019 Oqtay Gülalıyev yenə əməliyyat olundu - beyninə “trubka” qoyuldu
21 Noyabr 2019 Baş nazirdən ikili diplomla bağlı - QƏRAR
20 Noyabr 2019 Prezidentdən yaşlı qadına böyük jest - VİDEO
18 Noyabr 2019 Bakı limanında ölüm - Qadın qəfil dünyasını dəyişdi
16 Noyabr 2019 Azərbaycanda bu şəxslərə hər saat üçün 15 manat ödəniləcək - Baş nazirdən qərar
15 Noyabr 2019 Qaz sayğacları ilə bağlı MÜHÜM AÇIQLAMA
15 Noyabr 2019 Vilayət Eyvazov İnterpola rəis TƏYİN ETDİ
13 Noyabr 2019 Oqtay Əsədovdan deputatlara - XƏBƏRDARLIQ
12 Noyabr 2019 Prezidentdən 5 icra başçına xəbərdarlıq: "Əgər bunu etsəniz cəzanızı alacaqsınız"
12 Noyabr 2019 Şəhid övladının ad günündə gözlənilməz hədiyyə - VİDEO
11 Noyabr 2019 Ülvi Qılıncdan ŞOK sözlər: "Öləcəyim günü və necə öləcəyimi bilirəm" - VİDEO
11 Noyabr 2019 Qazaxda toy karvanında silahdan atəş açıldı - VİDEO
09 Noyabr 2019 Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi
09 Noyabr 2019 Mehriban Əliyevadan Bayraq Günü paylaşımı - VİDEO
09 Noyabr 2019 Azərbaycanda Dövlət Bayrağı günüdür