b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_1570179736_icki-zeherlenme.jpg Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaydığı məlumata əsasən, dünyada spirtli içkilərin zərərli təsirindən ildə təqribən 2,5 milyon insan ölür.

Missiya.Az xəbər verir ki, bütün dünyada 20-39 yaşlarda baş verən ölüm səbəblərinin təxminən 25 faizi alkoqol istifadəsi ilə əlaqədardır.

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) spirtli içkilərə həddən artıq aludəçiliyin 200-dən çox xəstəliyin yaranmasına şərait yaratdığını açıqlayıb. Ürək-damar xəstəliklərinin 25 faizi alkoqolizmdən yaranır.

Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsinin Baş həkimi Azər Maqsudov Oxu.Az-a açıqlamasında bildirib ki, mərkəzə spirtli içki zəhərlənməsi ilə bağlı olaraq il ərzində 45-60 şəxs müraciət edir:

“Müraciət edənlər, əsasən, gənclərdir. Belə ki, 25-35 yaş arası şəxslər üstünlük təşkil edir. Xanımlar daha çox sərxoşluqla bağlı müraciət edir.
 
Müraciətlər daha çox gecələr sərxoşluqla əlaqədar olur. Vəziyyətləri elə də ağır olmur. İlkin tibbi yardım göstərildikdən sonra evə buraxılırlar.

Adətən, sərxoş şəxslər Səbail, Nərimanov və Nəsimi rayonlarında yerləşən ərazilərdən gətirilir”.

Baş həkim müraciət edənlər arasında xarici vətəndaşların da olduğunu əlavə edib:

“Ərəblər və digər ölkələrdən gələn şəxslərin müraciəti çox az olur. Onlar, əsasən, sərxoşluqla bağlı gətirilir”.
18 Fevral 2020 "Sədərək"dəki yanğın söndürüldü - Nazir müavini hadisə yerindədir - VİDEO
18 Fevral 2020 Yol Polisindən sürücülərə xəbərdarlıq - VİDEO
18 Fevral 2020 Tovuzda bəy öz toyunda uşaqlıq arzusunu reallaşdırdı - VİDEO
18 Fevral 2020 “Sədərək” ticarət mərkəzi yanır - VİDEO
17 Fevral 2020 MSK 7 məntəqənin nəticələrini etibarsız saydı
17 Fevral 2020 Bu dairələrin şikayəti təmin edilmədi
17 Fevral 2020 Şəbnəm Tovuzlunun arxiv videosu yayıldı
15 Fevral 2020 MSK bu dairələrlə bağlı qərar verdi
15 Fevral 2020 MSK bu gün toplanır - Bu şəxslərin də nəticələri ləğv edilə bilər
15 Fevral 2020 Bakıda gecə klubuna gedən 35 yaşlı şəxsi mühafizəçi döydü
15 Fevral 2020 Talıb Talehin toyunu gözləyənlərə PİS XƏBƏR - Bu vaxta kimi gizlədib - FOTO
15 Fevral 2020 MSK onlarla bağlı daha bir sərt qərar verdi
14 Fevral 2020 Dövlət 250 AZN pul ödəyəcək – İşsizlərə ŞAD XƏBƏR
14 Fevral 2020 Milli Məclisə təkrar seçkilər keçiriləcək
14 Fevral 2020 Azərbaycanda direktor işdən çıxdı, hər kəs ayağa qalxdı - VİDEO
13 Fevral 2020 Mehriban Əliyeva güləşçilərimizi təbrik etdi - MƏTN
13 Fevral 2020 MSK-ya hesabatı tam verməyən dairələrin adları açıqlandı
12 Fevral 2020 Mədət Quliyev Elnur Məmmədliyə vəzifə verdi
12 Fevral 2020 Deputatların maaşı açıqlandı - MƏBLƏĞ
12 Fevral 2020 Nanə efiri tərk etdi, yerinə bu məşhur aparıcı gəldi - VİDEO