dfgbggdfhgdfhgdfhghfhgf.jpg
“Azərbaycandakı sabitliyi, çiçəklənməni, sosial rifahı gözü götürməyən qüvvələr xalqımıza və siyasi hakimiyyətə qarşı çirkin hücumlarını davam etdirirlər. Çürümüş siyasi baxışları ilə daim Azərbaycan cəmiyyətində xaos mühiti formalaşdırmağa çalışan xəyanətkar şəbəkələr məkirli planlar üzərində işləyir və cəmiyyəti gərginlik içində saxlamağa cəhd edirlər. Həmin şəxslərin bir məqsədi var: Nəyin bahasına olursa olsun ölkəmizdəki sabitliyi pozmaq. Amma unudurlar ki, siyasi etikaya yaraşmayan düşük iddialar onlara heç bir halda uğur qazandıra bilməz”.

Missiya.Az xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyasının Nizami rayon Təşkilatının sədr müavini Ramin Əhmədov xəyanətkar qrupların uydurma iddialarla cəmiyyətə çağır etməsindən danışarkən deyib.

YAP rəsmisi bildirib ki, bu gün Azərbaycan iqtidasiyyatı dinamik inkişafdadır, ölkədə sosial siyasət yürüdülür, vətəndaşların rifah halının yaxşılaşdırılması istiqamətində bütün zəruri tədbirlər həyata keçirilir: “Cənab Prezident daim xalqla ünsiyyətdədir. Onların problemlərini yerindəcə dinləyib həlli üçün müvafiq tapşırıqlar verir. Ümumiyyətlə, Azərbaycan Prezidenti yüksək insanpərvərlik hissi ilə seçilən şəxsdir. Azərbaycan cəmiyyəti həmişə prezidentin qayğısını və diqqətini hiss edib. İnsanlarımız yaxşı başü düşürlər ki, İlham Əliyev-Xalq birliyinə xələl yetirmək istəyən qüvvələr var və onlar ciddi cəhdlə çalışırlar ki, İlham Əliyevə olan inam sarsılsın və cəmiyyətdə narazılıq elementləri boy versin. Təbii ki, bu kimi cəhdlər heç vaxt nəticə verməyəcək”.

Ramin Əhmədov bildirib ki, Azərbaycan hakimiyyətini və prezidentini gözdən salmaq istəyən, ölkəmizdə çaxnaşma yaratmaq niyyətində olan “qrant müxalifəti” son çırpınışlarını yaşayır: “Bu günə qədər hansı çirkin kampaniyaya əl atdılarsa, cəmiyyətdən dəstək görmədilər. Burada da, sözsüz ki, təəccüblü heç nə yoxdur. Xalqını, dövlətini sevən, ölkəsindəki sabitliyə xələl gəlməsini istəməyən vətəndaş, dövlət əleyhinə çağırışlara sözsüz ki, dəstək verməz. Xəyanətkar qruplar son iki il ərzində iyrənc söyüş kampaniyalarından tutmuş, xalqı küçələrə çıxmağa, hakimiyyətə və polisə itaətsizlik göstərmək çağırışlarına qədər bütün variantlara əl atdılar və hər dəfə də biabırçı durumla üzləşməli oldular. Bundan sonra da belə olacaq. Xalq heç vax onlara dəstək verməyəcək”.

R.Əhmədov sonda vurğulayıb ki, xalq öz Prezidentinə güvənir: “Ölkədə aparılan sosial və siyasi islahatlar insanlarımız tərəfindən dəstəklənir. Satqınlar heç vaxt öz çirkin niyyətlərini həyata keçirə bilməyəcəklər! Onlar məhvə məhkumdur və artıq son çırpıntıları müşahidə olunur”.

Missiya.Az


05 Avqust 2020 Bakıda bir milyon manatlıq qızılı oğurlanan şəxs kimdir? - DETALLAR
05 Avqust 2020 Prezident Dövlət Agentliyinə vəsait ayırdı
05 Avqust 2020 Rayonlara yalnız bu şəxslər və onların avtomobilləri buraxılacaq
04 Avqust 2020 Beyrutdakı partlayışda ölənlərin sayı 30 nəfərə çatdı, minlərlə yaralı var
04 Avqust 2020 Prezident Bakıda qanunsuz zəbt olunan ərazinin satışının qarşısını alıb - VİDEO
04 Avqust 2020 Prezident yeni parkda görüləcək işlərlə tanış oldu - FOTO
04 Avqust 2020 İki vəzifəli şəxs məsuliyyətə cəlb olunub - RƏSMİ
04 Avqust 2020 Fəttah Heydərov vəfat etdi - 1-ci Fəxri xiyabanda dəfn olunacaq
03 Avqust 2020 Rayonlara gediş-gəliş yalnız bu halda mümkündür - RƏSMİ
03 Avqust 2020 Heydər Əliyev Fondu 100 mindən çox aztəminatlı ailəyə qurban payı çatdırıb - VİDEO
03 Avqust 2020 Bu qadağalar avqustun 31-dək qüvvədə qalır - SİYAHI
03 Avqust 2020 Sanki mübarək partlayışa hazırlıq gedirdi - Azərbaycan Diasporunun qalibiyyət sirri
01 Avqust 2020 Bir gündə 53 nəfərin koronavirusa yoluxduğu məhəllədə son vəziyyət - VİDEO
31 İyul 2020 Heydər Əliyev Fondu aztəminatlı ailələrə qurban payları çatdırıb
31 İyul 2020 Azərbaycanda bayram namazı qılınıb - CANLI YAYIMDA
30 İyul 2020 Bələdiyyə sədri və keçmiş icra nümayəndəsi rüşvəti belə alırmış - VİDEO
30 İyul 2020 Təhsil Nazirliyinə iki milyon manat vəsait ayrıldı - SƏRƏNCAM
30 İyul 2020 Azəriqaz” bayram günləri gücləndirilmiş rejimdə çalışacaq
30 İyul 2020 İlham Əliyev general Polad Həşimovla bağlı MÜHÜM TAPŞIRIQLAR VERDİ
30 İyul 2020 Şəkidə də modul tipli xəstəxana açıldı - FOTO