AZ   |   RU
NATO-nun Baş katibi: “Rusiya ilə uzunmüddətli gərginliyə hazır olmalıyıq”

“Rusiya ilə uzunmüddətli gərginliyə hazır olmalıyıq”.

Missiya.Az Guardian-a istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq deyib.

Onun sözlərinə görə, hətta Ukraynadakı savaşın başa çatması Rusiya ilə NATO arasında münasibətlərin avtomatik normallaşması kimi başa düşülməməlidir: “Ukraynada müharibəni diplomatiya yolu ilə bitirmək üçün hələ də heç bir şərait yoxdur. Çünki Rusiya danışıqlar deyil, yazda yeni hücuma hazırlaşmaq üçün münaqişənin dondurulmasını istəyir”.

Teymur Aslanov
Missiya.Az

  • 7-12-2022, 16:24