AZ   |   RU
60 vilayətdə FETÖ-yə qarşı əməliyyat: 371 nəfər saxlanılıb

Türkiyədə FETÖ-nün cari maliyyə strukturuna qarşı 60 vilayətdə aparılan istintaqda 371 şübhəli saxlanılıb.

Missiya.Az
xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Belə ki, istər ölkə daxilində, istərsə də xaricdə şübhəlilərin daha əvvəldən ərzaq satışı həyata keçirdikləri müəyyən edilib. Bu şəxslərdən türk lirəsi, dollar və ya qızıl toplanıb. Həmin vəsaitlərin ərzaq bağlamaları adı altında təşkilatın üzvü şübhəli bilinən şəxslərə maliyyə dəstəyi kimi göndərildiyi ortaya çıxıb.



Zərintac Mayisqızı
Missiya.Az




  • Bu gün, 09:58