AZ   |   RU
Türkiyəyə zərər vurmağa çalışan hər bir cəhd uğursuzluğa məhkumdur - Hakan Fidan

İyulun 15-də Türkiyədə Fetullah Gülenin başçılıq etdiyi “Paralel dövlət” (FETÖ) terror təşkilatı üzvlərinin hakimiyyəti ələ keçirməyə cəhdinin qarşısının alınmasının 9-cu ildönümünü qeyd edilir.

Missiya.Az
xəbər verir ki, qardaş ölkənin Xarici İşlər naziri Hakan Fidan həmin əlamətdar tarixlə bağlı paylaşım edib.


"Türkiyəyə zərər vermək üçün atılan addımlar keçmişdə olduğu kimi gələcəkdə də uğursuzluğa məhkumdur. 15 iyul Demokratiya və Milli Birlik Günümüz mübarək. Xarici xüsusi xidmət orqanlarının gündəmini izləyərək, Türkiyəni diz çökdürmək arzusunda olan xain şəbəkələrin hesablaya bilmədiyi amil isə millətimizin azadlıq və ədalətə bağlılığı, dövlətimizin gücüdür. Hörmətli prezidentimizin uzaqgörənliyi və nəcib millətimizin iradəsi FETÖ-nün iyulun 15-nə keçən gecə ölkəyə girişinin qarşısını aldı. Xalqımız sarsılmaz iradə nümayiş etdirərək, heç bir təhlükə qarşısında boyun əyməyəcəyini bir daha göstərdi. FETÖ-nün xain gündəmini ifşa edən dövlətimiz bu terror təşkilatını sığındığı hər yerdə təqib edir və günahkarların ədalət qarşısında cavab verməsi üçün dünyanın hər yerində qətiyyətlə hər addımı atır. FETÖ ilə mübarizədə heç vaxt tərəddüd etməyən qəhrəmanlarımıza, 15 iyulda və ondan əvvəl canını vermiş şəhidlərimizə Allahdan rəhmət diləyirəm, fədakar qazilərimizə minnətdarlığımı bildirirəm", - nazir əlavə edib.



Zərintac Mayisqızı
Missiya.Az




  • Bu gün, 11:22