AZ   |   RU
Ukraynada hərbi vəziyyət və səfərbərlik uzadılıb

Ali Rada Ukraynada hərbi vəziyyətin və səfərbərliyin müddətini uzadıb. 


Missiya.Az xəbər verir ki, bu barədə Ukrayna KİV-i məlumat yayıb.


Bildirilib ki, Ukrayna Prezidenti Vladimir Zelenskinin təklifi ilə hərbi vəziyyətin və səfərbərliyin müddəti bir daha 90 gün - avqustun 7-dən noyabrın 5-dək uzadılıb.


Xatırladaq ki, Ukraynada hərbi vəziyyət 24 fevral 2022-ci ildə tətbiq edilib və o vaxtdan bir neçə dəfə uzadılıb.



Nurlana Əhmədova
Missiya.Az



  • Bu gün, 15:20