AZ   |   RU
Tramp ATACMS raketləri ilə Rusiyaya zərbə endirməyə icazə verə bilər


ABŞ Prezidenti Donald Tramp Ukraynaya Rusiyaya qarşı ATACMS raketlərindən istifadə etməyə icazə verə bilər.


Missiya.Az xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti məlumat yayıb.


Bildirilib ki, Pentaqon rəsmiləri bu uzaqmənzilli raketlərdən istifadə edərək Rusiya ərazisinə daha böyük zərbələr endirmək üçün aylardır təkid edir. Bu, çox güman ki, hazırda Ukraynada olan 18 ATACMS raketindən istifadə icazəsi deməkdir:


"Bu raketlər Rusiyanın dərinliklərində yerləşən hərbi bazaları, aerodromları və anbarları vuracaq"- deyə məlumatda bildirilib. 


Tramp yaxın 50 gün ərzində Ukrayna ilə bağlı irəliləyiş olmadığı təqdirdə Rusiya ilə ticarət aparan ölkələrdən idxala 100%-ə qədər tariflər tətbiq edəcəyinə də söz verib. 



Nurlana Əhmədova
Missiya.Az



  • Bu gün, 15:00