AZ   |   RU
Onunla foto üçün bu qədər pul ödəyəcəklər

Hollivud ulduzu, reper Uill Smit yeni albomu "Based on a True Story"nin tanıtımı üçün dünya turuna çıxacaq.

Missiya.Az 
xəbər verir ki, sənətçi tur zamanı pərəstişkarları üçün ödənişli paketlər təqdim edəcək.

Təklif olunan paketlərdən biri 550 ABŞ dolları dəyərindədir. Bu xidmətdə aktyorla qrup şəklində foto çəkdirmək, xatirə məhsulları əldə etmək və səs yoxlamasına qatılmaq imkanı daxildir. Daha geniş imkanlar təqdim edən digər paket isə 1740 dollardır. Bu paket fərdi foto çəkilişi, səhnəyə ekskursiya, Uill Smitin imzaladığı plakat və səs yoxlamasına giriş imkanı ilə seçilir. Sözügedən təkliflər pərəstişkarlara reperlə daha yaxın təmas qurmaq və unikal xatirələr yaratmaq şansı verir.



Zərintac Mayisqızı
Missiya.Az




  • Dünən, 10:43