AZ   |   RU
Ukrayna ordusu Kurskda 25 min 943-dən çox hərbçisini itirib - Rusiya MN

Ukrayna ordusu son sutka ərzində Kursk vilayətində 280-dən çox hərbçisini itirib.


Missiya.Az ”TASS”a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.


Bildirilir ki, bununla da Ukraynanın Kursk istiqamətindəki itkilərinin sayı 25 min 943 nəfəri ötüb.


Qeyd olunub ki, bundan əlavə Ukrayna Silahlı qüvvələrinin bölgədə 175 tankı, 92 piyada döyüş maşını, 224 artilleriya sistemi və 989 zirehli döyüş maşını məhv edilib.

 

 

Daşqın Həsənov
Missiya.Az



  • Bu gün, 14:46