AZ   |   RU
Zakir Həsənov Qırğızıstanda “Ata-Beyit” Milli Tarixi-Memorial Kompleksini ziyarət edib - FOTOLAR

 

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun Qırğızıstana rəsmi səfəri davam edir.

Bu barədə Missiya.Az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində general-polkovnik Z.Həsənov Qırğız Respublikasının müdafiə naziri general-leytenant Baktıbek Bekbolotov ilə birgə Bişkekdə “Ata-Beyit” Milli Tarixi-Memorial Kompleksini ziyarət edib.

Abidə önünə əklil qoyulub, 1916-cı ildə baş vermiş faciə qurbanlarının xatirələrinə ehtiram nümayiş etdirilib.




  • Bu gün, 16:29