AZ   |   RU
"Ukraynada müharibənin arealının genişlənməsinə imkan verilməməlidir" - Çin prezidenti

 

Ukraynadakı müharibənin arealının genişlənməsinə, eləcə də humanitar vəziyyətin ağırlaşmasına imkan verilməməlidir.

Missiya.Az xəbər verir ki, bunu Kazanda keçirilən BRİCS sammitinin genişləndirilmiş iclasında çıxış edən Çin prezidenti Si Cinpin deyib.

Onun sözlərinə görə, Ukraynadakı münaqişənin gərginliyini azaltmaq üçün “oda yanacaq tökməyi dayandırmaq lazımdır”.

Çin prezidenti xatırladıb ki, Ukrayna böhranının uzanması kontekstində Çin, Braziliya və Qlobal Cənub ölkələri sülh dostları qrupu yaratdılar.

O bildirib ki, qrup sülhə dəstək üçün böyük səsləri birləşdirmək məqsədi daşıyır.


Leyla SƏMƏNDƏR
Missiya.Az

 




  • Bu gün, 15:17