AZ   |   RU
"Ezel"in aktyoru qəfil vəfat etdi

 

Türkiyəli aktyor Tekin Temel vəfat edib.

Missiya.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ustad aktyor 56 yaşında dünyasını dəyişib.

Səhər çəkiliş meydançasına getməyə hazırlaşan aktyor ürək tutmasından ölüb.

Onun daha əvvəl infarkt keçirdiyi və ürəyinə stent qoyulduğu bildirilir.

Təməlin cənazəsi bu gün günorta azanından sonra Ümraniye Refiye Soyak məscidində qılınacaq.

Qeyd edək ki, o, "Ezel", "Güz gülleri", "Böyle bitmesin",  “Abuzer Kadayıf”, “Acı Həyat”, "Veda", "Çiçek taksi", "Ayrılsak da beraberiz", "Dikkat bebek var", "Bizim aile", "Sırlar dünyası", "Çocuklar duymasın", "Eşkiya dünyaya hükümdar olmaz" kimi layihələrdə rol alıb. Aktyor müxtəlif teatr tamaşalarında çıxış edib.


Leyla SƏMƏNDƏR
Missiya.Az




  • Bu gün, 15:24