AZ   |   RU
Ukrayna 2025-ci ilin əvvəlində Fransadan üç “Mirage 2000-5” qırıcı təyyarəsi alacaq - KİV

Fransa üç “Mirage 2000-5” təyyarəsinin ilk partiyasını Ukraynaya çatdırmaq qərarına gəlib. 


Missiya.Az xəbər verir ki, bu barədə “La Tribune” nəşri məlumat yayıb.


Bildirilir ki, onlar SSALP qanadlı raketləri və AASM bombaları ilə silahlanacaqlar.


"Fransa 2025-ci ilin birinci rübündə Ukraynaya üç "Mirage 2000-5" təyyarəsi tədarük edəcək. Bu rəqəmi hələ Yelisey Sarayı və ya Müdafiə Nazirliyi açıqlamayıb", - deyə vurğulanıb.


Qeyd olunub ki, Parisin Ukraynaya tədarük etmək niyyətində olduğu bu qırıcı təyyarələr 2025-ci ilin birinci rübündə təhvil veriləcək.

 


Daşqın Həsənov
Missiya.Az



  • Bu gün, 12:45