AZ   |   RU
Blinken həftə sonu Londona səfər edəcək

ABŞ dövlət katibi Entoni Blinken Yaxın Şərq səfəri başa çatdıqdan sonra bu həftə sonu Böyük Britaniyaya səfər edəcək.


Missiya.Az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller məlumat yayıb.


O, bildirib ki, Blinken Londonda ərəb liderləri ilə görüşlər keçirəcək.


Qeyd edək ki, ABŞ dövlət katibi bu gün İsraildən Səudiyyə Ərəbistanına səfər edəcək.

 


Daşqn Həsənov
Missiya.Az



  • Bu gün, 13:06