AZ   |   RU
Ərdoğan Maduro ilə görüşüb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Kazanda venesuelalı həmkarı Nikolas Maduro ilə görüşüb.


Missiya.Az “STAR”a istinadən xəbər verir ki, görüşdə Türkiyənin xarici işlər naziri Hakan Fidan və Milli Kəşfiyyat Təşkilatının (MİT) direktoru İbrahim Kalın da iştirak edib.


Qeyd edək ki, Türkiyə lideri BRİCS sammitində iştirak etmək üçün bu gün Kazan şəhərinə yola düşüb.

 

 

Daşqın Həsənov
Missiya.Az



  • Bu gün, 16:42