AZ   |   RU
"Google"da axtardıqlarını tapa bilməyən 3 bürc


Astrologiya həvəskarları üçün bürclərin bilik axtarmaq və əldə etmək meylləri maraqlı mövzu ola bilər. Xüsusilə bəzi bürcün nümayəndələri davamlı araşdırmaları və yüksək gözləntiləri səbəbindən "Google"da həmişə qənaətbəxş cavablar tapa bilmirlər.

Missiya.Az
-ın əldə etdiyi məlumata görə, 3 bürc var ki, onlar nə qədər informasiya axtarsa da qane olmurlar. Onları təqdim edirik:


1. Əkizlər - Biliyə çox maraq göstərirlər və daim yeni şeylər öyrənməyə çalışırlar. Maraq dairələri həddindən artıq olduğu üçün axtarışları onlara kifayət etmir;



2. Qız - Detallara çox önəm verirlər. Məlumatın tam təfərrüatlı verilmədiyini hiss edərək daha yaxşı mənbələrdən araşdırırlar;


3. Oxatan - Səthi informasiyalarla kifayətlənmir, daha dərin və mənalı bilgilər axtarırlar.



Zərintac Mayisqızı
Missiya.Az





  • Bu gün, 12:28