AZ   |   RU
"Gürcüstanda hökumət çevrilişinə hazırlıqlar davam edir" - Parlamentin sədri

“Bir çox şey Gürcüstanda hökumət çevrilişinə hazırlıqların davam etdiyini göstərir”.


Missiya.Az “Aktual.ge”yə istinadən xəbər verir ki, bunu Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili deyib.


“Bir çox şey göstərir ki, oktaybrın 27-nə və qeyri-konstitusion hökumət dəyişikliyinə hazırlıqlar davam edir. Bunu çevriliş və ya başqa bir şey adlandıra bilərsiniz. Bu, 2020-ci ildəki cəhdin təkrarıdır”, - deyə siyasətçi vurğulayıb.


Papuaşvili həmçinin, müxalifətin seçki kampaniyasının ölkə xaricindən idarə olunduğunu bildirib.


Xatırladaq ki, oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçiriləcək.

 


Daşqın Həsənov
Missiya.Az



  • Bu gün, 12:17