AZ   |   RU
Rusiya prezidenti İrandan olan media rəhbəri ilə görüşəcək

 

Bu gün Rusiya prezidenti Vladimir Putin BRİCS ölkələrinin media rəhbərləri ilə görüşəcək.

Missiya.Az xəbər verir ki, bu barədə “Sputnik İran” məlumat yayıb.

Məlumata görə, görüş sözügedən birliyin oktyabrın 22-24-də Kazanda keçiriləcək sammiti ərəfəsində keçiriləcək.

Qeyd edək ki, BRİCS-ə Braziliya, Hindistan, Çin, Rusiya, Cənubi Afrika, Misir, İran, BƏƏ, Səudiyyə Ərəbistanı və Efiopiya daxildir.


Leyla SƏMƏNDƏR
Missiya.Az



  • Bu gün, 12:47