AZ   |   RU
Qara istiot dənəsinin faydaları bunlardır - ARAŞDIRMA


Bişirdiyimiz yeməkləri daha da ləzzətli edən istifadə etdiyimiz ədviyyatlardır. Xörək hazırlayanlar əsasən bunu öz zövqlərinə uyğun edir. İstəyə uyğun yeməklərə fərqli-fərqli ədviyyatlar qatılır.

Araşdırmalara görə, ədviyyatlar dad verməklə yanaşı insan sağlamlığına da müsbət təsirlər göstərir. Demək olar ki, hər kəsin mətbəxində, süfrəsində yer alan qara istiot əvəzsiz xeyirləri ilə tanınır. Dünya ölkələrinin kulinariyasında da ön sıralardadır. Onun vətəni isə Hindistan və Misirdir.

Bəs qara istiotun faydaları nələrdir?

1. Həzm sistemini yaxşılaşdırır;

2. Çəkiyə nəzarəti gücləndirir;

3. Sidikqovucu və antibakterial xüsusiyyətlərinə görə sidikçıxarıcı yolların iltihabi xəstəliklərinin müalicə və profilaktikasında istifadə edilir;

4. Sözügedən inqirdiyent açıq yaraların üzərinə səpiləndə qankəsici və antibakterial təsir göstərir;

5. İmmuniteti artırır;

6. Parlaq bir dəriyə sahib olmaq istəyirsinizsə qara istiotla yoqurt qarışığı düzəldin. Üz və boyun nahiyəsinə sürtüb ilıq su ilə durulayın.

Qeyd edək ki, bəzi xəstəliklər zamanı bu ədviyyatın istifadəsi qadağandır. Həmin xəstəliklər arasında: qastrit və mədə xorası, sidik kisəsi və böyrək iltihabları, hipertoniya, stenokardiya və s. var. Lakin hətta tam sağlam şəxslər də istiotdan aşırı istifadə etməməlidir. Bu onların sağlamlığında pozulmalara səbəb ola bilər.


Zərintac Mayisqızı
Missiya.Az



  • Dünən, 16:21