AZ   |   RU
“Çin Rusiyaya müharibəni uzatmaqda fəal şəkildə kömək edir” - Zelenski

“Rusiya İran və Şimali Koreyadan hərbi yardım alır. Çin də Rusiyaya Ukraynaya qarşı müharibəni uzatmaqda kömək edir”.


Missiya.Az “Ukrinform”a istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski Brüsseldə keçirilən Avropa İttifaqı (Aİ) Sammitdə çıxışı zamanı deyib.


O, bildirib ki, Rusiyanın daha çox qüvvəyə ehtiyacı var və Rusiya prezidenti Vladimir Putin müharibəni dayandırmaq üçün deyil, onu davam etdirmək üçün əlavə qüvvələr hazırlayır.


"Kreml rəhbəri Şimali Koreya və İrandan silah yardımı alır. Çin hələ də Rusiyaya bu müharibəni davam etdirmək üçün fəal şəkildə kömək edir", - deyə siyasətçi vurğulayıb.


Zelenski qeyd edib ki, Ukraynanın qələbə planı gücləndirilmək üçün nəzərdə tutulub və ona əməl edilərsə, gələn ildən gec olmayaraq müharibəyə son qoyula bilər.

 

Daşqın Həsənov
Missiya.Az



  • Dünən, 15:08