AZ   |   RU
AUİB Uşaq Sığınacağının sakinləri üçün çörək zavoduna infotur təşkil edilib


"Azərbaycan Uşaqları" İctimai Birliyinin (AUİB) nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin sakinləri üçün Nömrə 1 Çörək Zavodunun təşkilatçılığı ilə infotur keçirilib. 



Bu barədə Missiya.Az-a AUİB-in mətbuat katibi Rüfət Zəkizadə məlumat verib. 


İnfotur zamanı Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzində məskunlaşan uşaqlar Nömrə 1 Çörək Zavodundakı istehsalat prosesi ilə yaxından tanış olaraq məlumatlar alıb. Tədbirin yekununda Zavod tərəfindən uşaqlara "Çörəyə ilk toxunan siz olun" adlı hədiyyələr təqdim edilib.





  • Dünən, 20:40