AZ   |   RU
Qastroenteroloq çörəyin ən sağlam növünü açıqlayıb

 

Tam taxıl (buğda) çörəyi sağlamlıq üçün ən böyük fayda gətirir. 

Missiya.Az xarici mediaya istinadən xəbər verir ki, bunu Rusiyanın tibb elmləri namizədi, qastroenteroloq Yekaterina Kaşux bildirib.

Tam taxıl çörəyi taxılın bütün hissələrini ehtiva edən undan hazırlanır, buna görə də lif, B vitaminləri, maqnezium, selen, dəmir və digər elementləri özündə saxlayır.

“Tərkibində yüksək lif olduğu üçün belə çörək həzmi dəstəkləyir, qəbizliyin qarşısını alır, ürək və damar xəstəlikləri riskini azaldır. Bu, həm də daha uzun müddət toxluq hissi keçirməyə kömək edir”, - deyə o qeyd edib.

O, çovdar çörəyini də faydalı adlandırıb.

Həkimin fikrincə, çovdar çörəyi uzun müddət doyurur, tərkibində lif, dəmir, maqnezium və amin turşuları var.


Leyla SƏMƏNDƏR
Missiya.Az




  • Dünən, 16:01