AZ   |   RU
“Yalnız axmaqlar qocaları yüksək vəzifələrə təyin edəcək”- Tramp

 

“Yalnız axmaq insanlar qocaları yüksək səviyyəli federal vəzifələrə təyin edəcəklər”.

Missiya.Az xəbər verir ki, bunu “Bloomberg News”a müsahibəsində ABŞ-nin keçmiş prezidenti, Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp deyib.

Müsahibədə 78 yaşında ABŞ prezidentliyinə namizədliyini irəli sürdüyü xatırladılan Tramp bu şərhi bir kənara qoyub və öz yaşı ilə bağlı suala məhəl qoymayıb.

Qeyd edək ki, Tramp Ağ Evdə daha dörd il müddətinə namizədliyini irəli sürür və hazırda ABŞ tarixində prezidentliyə ən yaşlı namizəddir. Noyabrın 5-də seçilərsə, respublikaçı namizəd 2029-cu ildə səlahiyyət müddətini başa vuranda 82 yaşı olacaq.


Leyla SƏMƏNDƏR
Mssiya.Az

 




  • Dünən, 15:27