AZ   |   RU
“X”də bloklama funksiyası dəyişir

 

“X” sosial media platformasında “bloklama” funksiyası dəyişir.

Missiya.Az xarici mediaya istinadən xəbər verir ki, bu barədə “X-“in rəsmi hesabı açıqlama yayıb.

Dəyişikliyə əsasən, profili məxfi olmayan istifadəçi tərəfindən bloklanan şəxslər həmin istifadəçinin paylaşımlarını görəcək, lakin paylaşımları bəyənmək və ya şərh yazmaq kimi qarşılıqlı əlaqədə ola bilməyəcəklər.

Yazılarını kimin görə biləcəyindən narahat olan istifadəçilərə hesablarını gizlətmək tövsiyə olunub.


Leyla SƏMƏNDƏR
Missiya.Az




  • Dünən, 15:38