AZ   |   RU
Müğənni Alla Puqaçovanın Rusiyanı tərk etməsinə münasibət bildirib

 

Ukraynanın xalq artisti, müğənni Taisiya Povaliy estrada müğənnisi Alla Puqaçovanın Rusiyanı tərk etməsindən danışıb . 

Missiya.Az xəbər verir ki, bu barədə MK.RU məlumat  yayıb.

Sənətçi deyib ki, hər bir insan öz yolunu seçir:

“Alla şərəfli bir insandır, harada yaşayacağını özü seçə bilər. O belə düşünürsə, biz onu mühakimə edə bilmərik. Bu onun seçimidir”,-deyə o qeyd edib.

Müğənni onu da əlavə edib ki, xüsusi hərbi əməliyyat (SVO) başlayandan sonra rusiyalı həmkarı ilə əlaqə saxlamır.


Leyla SƏMƏNDƏR
Missiya.Az

 




  • Dünən, 15:19