AZ   |   RU
“Bu səhifədən heç nə sifariş etməyin"- Xatun

 

Müğənni Xatun Əliyevanın başına iş gəlib. Belə ki, o dələduzluq hadisəsi ilə qarşılaşıb.

Missiya.Az xəbər verir ki, müğəni bu barədə sosial şəbəkə hesabında məlumat yayıb.

O bildirib ki, onlayn səhifədən ev üçün əşyalar sifariş edib:

"Biz də adi insanlar kimi bu səhifədən evə dekor sifariş etdik. Beh verdik. Demək olar ki, məhsulun qiymətinin 50 faizini ödədik. İndi nə malı təhvil verirlər, nə də əlaqə yaradırlar. Ehtiyatlı olun, bu səhifə insanları aldadıb, pul alıb yoxa çıxır. Bu səhifədən heç nə sifariş etməyin".


Leyla SƏMƏNDƏR
Missiya.Az

 




  • Dünən, 14:55