AZ   |   RU
Bakıda “Qərbi Azərbaycan mədəniyyəti” festivalı keçirilib


Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi, Qərbi Azərbaycan İcması, “İRƏLİ” İctimai Birliyi, Beynəlxalq Muğam Mərkəzi, Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin birgə təşkilatçılığı ilə oktyabrın 16-da “Qərbi Azərbaycan mədəniyyəti” festivalı baş tutub. 

Missiya.Az xəbər verir ki, festivalda Qərbi Azərbaycana məxsus tarixi fotolar və rəsm kompozisiyaları, həmçinin bu coğrafi əraziyə aid müxtəlif kulinariya nümunələri sərgilənib.

Sözügedən tədbirin keçirilməsində əsas məqsəd Qərbi Azərbaycanın tarixi, mədəniyyəti və coğrafiyasını gənclərə tanıtmaq, Azərbaycan həqiqətlərini doğru və ətraflı şəkildə çatdırmaqdır. Festivalda çıxış edən rəsmilər bildiriblər ki, belə tədbirlərin keçirilməsi vətəpərvərlik nümunəsidir, təqdirəlayiqdir və davamlı olmalıdır. Onlar qeyd ediblər ki, prezident İlham Əliyev nitqlərində hər zaman soydaşlarımızın doğma ata-baba yurdları olan Qərbi Azərbaycana qayıdacağından əminliyini ifadə edir.

Rəsmilər fikirlərini bölüşdükdən sonra, gənclərin fəallığını yüksək qiymətləndirərək onları mükafatlandırıblar. Tədbir iştirakçılarına ədəbi-bədii proqram da təqdim olunub.



Zərintac Mayisqızı
Missiya.Az




  • Dünən, 10:12