AZ   |   RU
Bu ölkə F-16 üçün Ukrayna pilotlarının hazırlanmasının maliyyələşdirilməsini təsdiqləyib


Rumıniya hökuməti Ukrayna pilotlarının F-16 qırıcılarında uçuşlar üçün hazırlanmasına dair hüquqi prosedurları və şərtlərin təmin edilməsini müəyyən edən təcili qərar qəbul edib.

Missiya.Az
xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə hökumətin mətbuat üzrə nümayəndəsi Mihay Konstantin bildirib.


“Rumıniya hökuməti F-16 təyyarələrində uçacaq Ukrayna heyətinin hazırlanması üçün hüquqi prosedurları və şərtlərin təmin edilməsini təsdiqləyib. Təlim Feteşti şəhərindəki 86-cı hava bazasında keçiriləcək”, – o söyləyib. Normativ aktda qeyd olunub ki, xərclər Ukrayna heyətinin təlimi, həmçinin təlim prosesində yaşayış, qidalanma, nəqliyyat, yanacaq sərfiyyatı, xüsusi avadanlıqların və digər əlaqəli mal və xidmətlərin təmin edilməsi üçün planlaşdırılıb.


Zərintac Mayisqızı
Missiya.Az




  • Dünən, 10:04