AZ   |   RU
Yağıntılar nə vaxtadək davam edəcək? - AÇIQLAMA


Qızılı payız fəslini yaşayırıq. Gün keçdikcə soyumağa doğru gedən havalar yağışlarla müşayiət olunur. Bəs, bu yağıntılar nə vaxtadək davam edəcək?

Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova Missiya.Az-a açıqlamasında deyib ki, oktyabrın 17 və 18-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz olacaq:

“Gecə və səhər saatlarında bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək, oktyabrın 18-də arabir güclənəcək. Havanın maksimal temperaturu 17-19 dərəcə isti olacaq. Bölgələrdə yağıntılı hava şəraiti oktyabrın 20-si gündüzədək davam edəcək. Ayrı-ayrı yerlərdə yağıntıların qısa müddətli leysan xarakterli, intensiv və güclü keçəcəyi, dolu düşəcəyi, dağlıq ərazilərdə isə qar yağacağı ehtimal olunur. Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın maksimal temperaturu Aran rayonlarında 17-21, dağlıq ərazilərdə isə 10-15 dərəcə isti keçəcək”.



Zərintac Mayisqızı
Missiya.Az





  • 16-10-2024, 15:40