AZ   |   RU
İnsan alverində ittiham olunan reperdən həbsxanadan paylaşım



Cinsi təcavüz və insan alverində ittiham olunduğu üçün həbs edilən "Pi Diddi" ləqəbi ilə tanınan məşhur reper Şon Con Kombs həbsxanadan paylaşım edib.

Missiya.Az 
xəbər verir ki, reper instaqram hesabında iki yaşı tamam olan qızı Love-inin ad günü münasibətilə təbrik yazıb. O, qızının fotolarını paylaşaraq "Ad günün mübarək, qızım Love. Atan səni sevir" deyə, bildirib.

Diddi insan alveri iddiaları ilə bağlı davam edən cinayət istintaqı çərçivəsində sentyabrın ortalarında Nyu-Yorkda həbs edilib. Onun adı tanınmış pop ulduz Castin Biberlə də hallanır. İddialara görə Castin Biber 15 yaşında olarkən Diddi ona təcavüz edib.


Zərintac Mayisqızı
Missiya.Az





  • 16-10-2024, 12:56