AZ   |   RU
Payız depressiyası özünü hansı əlamətlərlə göstərir?


Yaz fəslində olduğu kimi payız mövsümündə də depressiya halları müşahidə edilir. Yazda görülən depressiya "Yaz depressiyası", payızda yaşanan "Payız depressiyası" adlanır. 

"Payız depressiyası" süstlük, passivlik ilə müşahidə olunur. Əsasən depressiyaya meyilli şəxslərdə daha çox baş verir. Araşdırmalara görə hər 5 nəfərdən birində sözügedən hal müşahidə edilir.

Mütəxəssislər həmin vəziyyətdən çıxış yolu kimi bunları məsləhət görür:

Depressiya yaşayan insanlar ətrafındakı müsbət enerjili, həyat eşqi güclü olan tanışları ilə mütəmadi ünsiyyət qurmalıdır, sevdiklərinin əhatəsində olmalıdır;

Təbiət qoynunda vaxt keçirmək, təmiz hava qəbul etmək və gəzmək lazımdır;

Hər gün şükür etmək də depressiyadan insanı qoruya bilir  və səhərləri inamla açmaq gərəklidir;

İdmanla məşğul olmaq da vacibdir.


Zərintac Mayisqızı
Missiya.Az




  • 16-10-2024, 10:35