AZ   |   RU
Süd vəzisi xərçənginin səbəbləri bunlardır


Bu gün bütün dünyada döş xərçəngi qadınlarda ən çox yayılmış xəstəliklər sırasındadır. Son illərin müsbət tendensiyası isə erkən aşkarlanmanın artmasıdır. 

Missiya.Az xəbər verir ki, bu barədə Ümumdünya Süd vəzi Xərçəngi Günündə Seçenov Universitetinin Onkologiya, radioterapiya və rekonstruktiv cərrahiyyə kafedrasının professoru, plastik cərrah Olesya Startseva “İzvestiya” nəşrinə açıqlayıb.

“Son onilliklərdə süd vəzisi xərçənginin səbəblərini öyrənmək və effektiv müalicə üsullarını inkişaf etdirmək sahəsində mühüm elmi nailiyyətlərdən biri onun inkişafı ilə insan genetikası arasındakı əlaqədir. Bu günə qədər döş xərçənginin baş verməsi ilə birbaşa əlaqəli olan xüsusi genlər müəyyən edilib. Süd vəzisi xərçənginə səbəb olan amillər arasında radiasiya, peşə təhlükələri, siqaret çəkmə və əlbəttə ki, stresdir. Mütəxəssisin sözlərinə görə, döş xərçənginə ən çox qadınlar - həkimlər və müəllimlər rast gəlir. Onların işi əsəb gərginliyi ilə bağlıdır", - həkim əlavə edib.


Zərintac Mayisqızı
Missiya.Az




  • 15-10-2024, 15:55