AZ   |   RU
Ermənistanda 47 polis əməkdaşı narkotik istifadəsinə görə işdən çıxarıldı


2024-cü ilin 10 ayı ərzində Ermənistanda 47 nəfər polis əməkdaşı narkotik vasitələrdən istifadə etdiyinə görə xidmətdən xaric edilib.

Missiya.Az
xəbər verir ki, bunu ölkənin daxili işlər naziri Vahe Kazaryan açıqlayıb.

O deyib ki, hazırda polis əməkdaşlarının attestasiyası prosesində analoji halların müəyyən edilməsi məqsədilə daxili işlər orqanlarının əməkdaşları narkotik maddələrdən istifadənin müəyyən olunması məqsədilə testlərə cəlb edilirlər.


Zərintac Mayisqızı
Missiya.Az




  • 15-10-2024, 15:10