AZ   |   RU
Kofein istehlakı alzheimer simptomlarını azalda bilər


Sabah qəhvənizdən səhər yeməyi ilə birlikdə içdiyiniz çay, ya da iclaslar arası içdiyiniz bir fincan türk qəhvənizə qədər gün içində orta miqdarda kofein istifadəsi alzheimer simptomlarını azalda bilər.

Fransada bir qrup 2010-2015-ci illər arasında yüngül koqnitiv pozğunluğu olan və ya Alzheimer diaqnozu qoyulmuş xəstələrin məlumatlarını araşdırıb. Həmin prosesə qoşulan yaşları 70-dən yuxarı olan 263 nəfərin tibbi yoxlanışları həyata keçirilib. Qəhvə, şokolad, çay və qazlı içkilər kimi kofein tərkibli qidaların istifadə miqdarı araşdırılıb. Könüllülər ayrıca MRT müayinəsindən keçib, qan və onurğa beyni mayesi (CSF) nümunələri təqdim ediblər. Gündə ortalama 200 milliqramdan biraz çox kofein istehlak edənlər "aşağı" kofein, daha çox istifadə edənlər "yüksək" kofein qrupuna daxil edilib.

Əldə olunan nəticələrlə daha az kofein qəbul edənlərdə yaddaş problemi, alzheimer simptomları daha çox müşahidə edilir. Mütəxəssislər deyir ki, gün ərzində şokolad yemək vücudumuzun uzun illər sağlam qalmasına yardımçı olur. 

Təbii ki, bunları qədərində, az-az etmək vacibdir. Hər şeyin çoxu bir sıra fəsadlar ortaya çıxarır.


Zərintac Mayisqızı
Missiya.Az



  • 15-10-2024, 10:44