AZ   |   RU
Gərəksiz dərman istifadəsi bəzi xəstəliklərin sağalmasını çətinləşdirir



Qızıl payız fəsli havaların yavaş-yavaş soyuması, yağışların yağması ilə müşaiyət olunur. Mövsümi xəstəliklər də bu fəsildə baş qaldırır. Əsasən də uşaqlar qripə tez-tez yoluxurlar. Günümüzdə insanlar xəstəliklərdən qorunmaq, onlara qarşı mübarizə aparmaq üçün müxtəlif dərmanlardan istifadə edirlər. Mütəxəssislər isə bunun doğru olmadığını bildirir.

Araşdırmalara görə gərəksiz dərman qəbulu sağalma prosesini, müalicəni çətinləşdirir. Hər yaş qrupunun özünə uyğun dərmanlar mövcuddur. Böyüklərə aid dərmanları kiçiklərə vermək olmaz. Həkimlər çağırış edir ki, pulumuzu meyvə, tərəvəzlərə xərcləyib yesək xəstəliklərdən qurtularıq. Gedib apteklərdən dərman almaq yerinə marketlərə, meyvə-tərəvəz satılan yerlərə üz tutsaq daha yaxşı olar.

Mütəxəssislər xüsusilə antibiotiklərlə əlaqədar çağırış edir. Sözügedən dərmanların yerli-yersiz qəbulu bir sıra fəsadlar ortaya çıxır. Bunu ancaq ehtiyac yarananda həkim məsləhət görə bilər. 


Zərintac Mayisqızı
Missiya.Az



  • 14-10-2024, 16:11