AZ   |   RU
İslandiya - Türkiyə matçı təxirə salına bilər

UEFA Millətlər Liqasının B qrupunda bu gün axşam saatlarında oynanılması planlaşdırılan İslandiya-Türkiyə matçı təxirə salına bilər.


Missiya.Az “STAR”a istinadən xəbər verir ki, buna səbəb hava şəraitinin qeyri-sabit keçməsidir.


Qeyd olunub ki, matçın keçiriləcəyi Lauqardalsvöllur stadionunda yer isitmə sistemi yoxdur və şaxta hadisələrinə qarşı həssasdır. Yerin istiləşməsi üçün otun üstünə parça döşənib.


Bildirilir ki, yekun qərarı araşdırmalardan sonra UEFA elan edəcək. 

 


Daşqın Həsənov
Missiya.Az



  • 14-10-2024, 15:01