AZ   |   RU
Putin Hərbi Dəniz Qüvvələrinin paradında iştirak edəcək

 

Rusiya prezidenti Vladimir Putin iyulun 28-də Sankt-Peterburqda keçiriləcək Əsas Dəniz Paradında iştirak edəcək.


Missiya.Az "TASS"a istinadən xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.


Hazırda Kareliyada Putinlə birlikdə olan Belarus lideri Aleksandr Lukaşenkonun da paradda iştirak edib-etməyəcəyi ilə bağlı suala Peskov belə bir məlumata malik olmadığını bildirib. 


"Bu, onun qərarı olacaq",-deyə Peskov qeyd edib.


Leyla SƏMƏNDƏR
Missiya.Az




  • 26-07-2024, 14:24