AZ   |   RU
Dağıstanda terror aktları nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb


İyunun 23-də Dağıstanda baş vermiş terror aktları nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb.

Missiya.Az
 xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Dağıstanın rəhbəri Sergey Məlikov Mahaçqalada vətəndaş cəmiyyəti institutlarının nümayəndələri ilə görüşündə deyib.

“Təəssüf ki, Dağıstanda törədilən terror aktları nəticəsində 22 nəfər həlak olub: 21 nəfər terror aktları zamanı, bir gün sonra isə polis əməkdaşı ağır xəsarətlərdən ölüb”, - o vurğulayıb.


Zərintac Mayisqızı
Missiya.Az




  • 1-07-2024, 16:41