AZ   |   RU
Rusiya ATƏT Parlament Assambleyasında iştirakını dayandırıb
 
Rusiya parlamenti - əvvəlcə Federasiya Şurası, sonra isə Dövlət Duması (aşağı palata) Rusiya nümayəndə heyətinin ATƏT Parlament Assambleyasında iştirakının dayandırılması ilə bağlı bəyanat layihəsini qəbul edib.


Misiya.Az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.


“İştirakın dayandırıldığı müddət ərzində Rusiya nümayəndə heyətinə zərər vurmaq məqsədi daşıyan toplantının reqlamentinə dəyişiklik etmək üçün edilən hər hansı hərəkətlər hüquqi baxımdan etibarsız sayılacaq”, - bəyanatda deyilir.


Federasiya Şurasının sədri Valentina Matvienko Federasiya Şurasının beynəlxalq komitəsinə Rusiya nümayəndə heyətinin təşkilatda iştirakının dayandırılması barədə dərhal ATƏT Parlament Assambleyasına məlumat verməyi tapşırıb.




  • 3-07-2024, 14:27