AZ   |   RU
Gürcüstan delimitasiya prosesinə başlamaq üçün Bakı və İrəvanın tarixi qərarını alqışlayır

 

Gürcüstan İrəvan və Bakının dövlət sərhədinin delimitasiyası prosesinə başlamaqla bağlı “tarixi qərarını” alqışlayır və sülh prosesinin müsbət dinamikasının qorunub saxlanacağına ümid edir. 


Missiya.Az xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili Tbilisidə erməni həmkarı Ararat Mirzoyanla birgə mətbuat konfransında deyib. 


Onun sözlərinə görə, Mirzoyanla görüşdə regionun çağırışları və imkanları müzakirə edilib və problemlərin həlli üçün birgə səylərin vacibliyi vurğulanıb.


Nazir xatırladıb ki, Ermənistan və Gürcüstan arasında çoxəsrlik dostluq və mehriban qonşuluq münasibətləri mövcuddur. O, Mirzoyanın səfərinin ikitərəfli əməkdaşlığa yeni təkan verəcəyinə əminliyini ifadə edib.


Leyla SƏMƏNDƏR
Missiya.Az




  • 3-07-2024, 14:19